Satılır 6 otaqlı həyət evi/bağ evi 370 m², Mərdəkan q.
Mərdəkan qəsəbəsində, Qoşa Qala restoranı ilə üz-üzə, BRAVO Marketin arxasında, çox sakit və prestijli ərazidə 8 sot torpaq sahəsində yerləşən möhtəşəm modern villa satışdadır.
Villa 6 otaqlıdır, ümumi sahəsi 320 m², əlavə 50 m² yay-qış mətbəxi və söhbətgahı var. 2 mərtəbəlidir. Geniş zal, 4 yataq otağı, 5 sanuzel, eyvan və filterli hovuz mövcuddur. Həyətdə cam-balkonlu bağlı söhbətgah var və 4 fəsil istifadə üçün əlverişlidir.
Ev şəxsi istifadə üçün yüksək keyfiyyətli materiallarla tikilib. Mərtəbələrarası monolit beton, isti pol, bahalı qapılar, keyfiyyətli pəncərə sistemi quraşdırılıb. Təmir bitib, yaşayış olmayıb.
Qaz, işıq, 24 saat şirin su daimidir. 9 kamera və siqnalizasiya sistemi var.
Sənəd: Kupça.
Təcili satış olduğuna görə dəyərindən aşağı qiymətə təklif olunur.






















































































































































































































